Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
ABŞ Baş Qərargah rəisinin istefası təsdiqləndi - Yenilənib

Pentaqonun rəhbəri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefaya getməsini və dərhal təqaüdə çıxmasını tələb edib.
“Qafqazinfo” “CBS News”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin müxbiri Cennifer Ceykobs yayıb.
Mənbələrin bildirdiyinə görə, Heqset bu vəzifədə özünün və Prezident Donald Trampın ordu ilə bağlı planlarını tam şəkildə həyata keçirəcək bir lider görmək istəyir.
General Rendi Corcun yerinə müvəqqəti olaraq general-leytenant Kristofer LaNev təyin edilib. LaNev bundan əvvəl Heqsetin baş hərbi köməkçisi vəzifəsində çalışıb və Pentaqon rəhbərinin tam etimadını qazanan bir zabit kimi tanınır.
Qeyd edək ki, general Corcun istefası ABŞ-nin İranla hərbi münaqişə vəziyyətində olduğu bir dövrə təsadüf edir. Heqsetin vəzifəyə gəldiyi gündən bəri 10-dan çox yüksək rütbəli general və admiralı vəzifəsindən kənarlaşdırdığı bildirilir.
***
Pentaqon ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasını təsdiqləyib.
Məlumata görə, general Rendi Corc Ordunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən dərhal sonra təqaüdə çıxır. Hərbi Nazirlik ona ölkəyə göstərdiyi xidmətlərə görə təşəkkür edib.























































