Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında kadr dəyişikliyi olub.
Oxu.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qurban Nəzirov Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsindən azad olunub.
Digər əmrlə, onun yerinə indiyədək Risklərin qiymətləndirilməsi və təhlil şöbəsinin müdiri vəzifəsində çalışan Azər Əsədov təyin edilib.
Xatırladaq ki, ötən ay Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına Elnur Qasımov müdir təyin edilib. Bu ayın əvvəlində İlham Məlikov filiala müdir müavini təyin olunub.






















































