“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Razılığa gələ bilmədik” - Vens

“Bir sıra əsaslı müzakirələr aparmışıq. Bu, xoş xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilmədik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İslamabad şəhərində İran və ABŞ arasında keçirilən danışıqlardan sonra deyib.
“Düşünürəm ki, bu, ABŞ üçün pis xəbərdən daha çox İran üçün pis xəbərdir. Beləliklə, biz razılığa gəlməmiş ABŞ-yə qayıdırıq. İranın şərtlərimizi qəbul etməyə hazır olduğu bir vəziyyətə gələ bilmədik. Düşünürəm ki, biz kifayət qədər çevik idik və kifayət qədər güzəştə getdik”, - deyə o bildirib.
Vens ABŞ-nin İranın nüvə silahı əldə etməyə çalışmayacağına dair təsdiq axtardığını vurğulayıb:
“Onların nüvə silahı əldə etməyə çalışmayacaqlarına və nüvə silahına tez bir zamanda nail olmağa imkan verəcək vasitələr axtarmayacaqlarına dair qəti bir öhdəlik görməliyik. Bu, ABŞ prezidentinin əsas məqsədidir və biz bu danışıqlar vasitəsilə buna nail olmağa çalışmışıq”.






















































