Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
İsrail atəşkəsi pozdu

İsrail 10 günlük müvəqqəti atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Livanın cənubunda yerləşən əl-Hiyam və Dibbin şəhərlərinə hava zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NNA məlumat yayıb.
Bildirilib ki, hücumlar atəşkəsin Beyrut və Təl-Əviv vaxtı ilə gecə yarısından qüvvəyə minməsindən sonra da davam edib.
Agentlik yazır ki, atəşkəsin tətbiq olunmasından dərhal sonra İsrail əl-Hiyam və Dibbin şəhərlərini bombalamağı davam etdirib.
Qeyd olunub ki, Rəşəya şəhəri və Cəbəl əş-Şeyx (Hermon) dağının qərb yamaclarında intensiv pilotsuz uçuş aparatlarının fəaliyyəti müşahidə edilir.
Hücumların nəticələri ilə bağlı – mülki itkilər və ya maddi ziyan barədə hələlik rəsmi açıqlama verilməyib. İsrail tərəfi də baş verənlərlə bağlı hələ mövqe bildirməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl tərəflərin 10 günlük atəşkəsə razılaşdıqlarını açıqlamışdı.
İsrailin Baş naziri Benyamin Netanyahu isə atəşkəsi qəbul etdiklərini, lakin Livanın cənubundakı işğal olunmuş ərazilərdə qalmağa davam edəcəklərini bəyan etmişdi.























































