Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Serialdakı sevgi gerçək oldu

Türkiyədə “Star TV” ekranlarında yayımlanan “Sevdiyim Sənsən” serialında birlikdə rol alan Aytaç Şaşmaz və Helin Kandemir barədə yeni iddia gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, serialda sevgili obrazlarını canlandıran cütlüyün çəkiliş meydançasında başlayan dostluğu zamanla romantik münasibətə çevrilib.
Bildirilir ki, yeni başlayan münasibəti ictimaiyyətdən uzaq saxlamağa çalışan cütlük çəkilişlərdən kənarda birlikdə görünməməyə diqqət edir.
Helin Kandemirin daha əvvəl verdiyi müsahibələrdən birində Aytaç Şaşmaz haqqında “Çox gözəl bir ürəyi var” ifadəsini işlətməsi də sosial mediada yenidən gündəmə gəlib və tərəflər arasındakı yaxınlığın işarəsi kimi dəyərləndirilib.
Bundan əlavə, Helin Kandemirin Aytaç Şaşmazın qardaşının arvadını sosial mediada izləməyə başlaması da diqqət çəkib və bu detal münasibət iddialarını gücləndirən amillər arasında göstərilib.























































