Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

22 Nis 08:46Manşet / Dünya

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

venesuelada-hebsxanada-usyan-oldu

Venesuelanın Miranda əyalətində yerləşən yüksək təhlükəsizlikli həbsxanada baş verən iğtişaş nəticəsində 5 məhbusun öldüyü bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Venesuela Həbsxana Xidmətləri Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Yare Həbsxanasında məhbuslar arasında başlayan mübahisə qısa müddətdə üsyana çevrilib.

Qeyd olunub ki, hadisə zamanı 5 məhbus həyatını itirib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün Baş Prokurorluq tərəfindən istintaq başladılıb.

Venesuela Həbsxanaları Mərkəzindən vəziyyətin xaotik olduğu, ailə görüşlərinin dayandırıldığı bildirilib.

Venesuela Baş Prokurorluğu isə hadisənin araşdırılması və məhbus hüquqlarının təmin olunması üçün xüsusi komissiya yaradıldığını açıqlayıb.