Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
2026-nın ən varlı ölkələri açıqlandı

“HelloSafe” maliyyə müqayisə platformasının hazırladığı yeni “Rifah İndeksi”nə əsasən, “dünyanın ən varlı ölkələri” anlayışı yenidən qiymətləndirilib və nəticələr ənənəvi iqtisadi reytinqlərdən ciddi şəkildə fərqlənib.
“Qafqazinfo” xəbər verir ki, hesabata görə, iqtisadi gücün təkcə ÜDM və adambaşına gəlir göstəriciləri ilə deyil, həm də sərvətin sosial ədalət, həyat keyfiyyəti və cəmiyyətdə bərabər paylanması ilə ölçülməsi nəticəsində Almaniya və Fransa ilk 10-luqdan kənarda qalıb.
Qeyd olunur ki, “dünyanın ən varlı ölkəsi” yalnız çox istehsal edən deyil, həmin sərvəti vətəndaşların gündəlik həyatına daha ədalətli şəkildə əks etdirən ölkədir.
“Əhəmiyyətli olan bu sərvətin adi vətəndaşların gündəlik həyatına necə təsir etməsidir. 2026-cı ilə qədər cavab Norveçdir”, - sənəddə vurğulanır.
Yeni indeks Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Avropa İttifaqının Statistika İdarəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları əsasında hazırlanıb və 100 ballıq sistemlə 50-dən çox ölkəni qiymətləndirib.
Nəticələrə görə, ilk beşlik tamamilə Avropa ölkələrindən ibarətdir. Norveç birinci yerdə qərarlaşıb, İrlandiya ikinci, Lüksemburq üçüncü, İslandiya isə dördüncü yerdədir.
Bildirilir ki, adambaşına ÜDM kimi göstəricilər bəzən real iqtisadi vəziyyəti təhrif edə bilir. Məsələn, İrlandiyada yüksək ÜDM, əsasən, çoxmillətli şirkətlərin fəaliyyətindən qaynaqlanır və bu, real ev təsərrüfatı gəlirlərini tam əks etdirmir.
Avropadan kənarda ABŞ yüksək iqtisadi gücünə baxmayaraq, bərabərsizlik və nisbi yoxsulluq səbəbilə 17-ci yerdə qərarlaşıb. Sinqapur isə yüksək gəlir göstəricilərinə baxmayaraq, bərabərsizlik səbəbindən daha aşağı pillədə yer alıb.
Fransa 20-ci yerdə, Çexiya isə daha yüksək sosial bərabərlik göstəriciləri ilə ondan öndə qərarlaşıb. İtaliya və İspaniya siyahının aşağı sıralarında yer alır.
Afrika, Latın Amerikası və Asiya regionlarında da fərqli nəticələr qeydə alınıb. Seyşel adaları Afrikada liderdir, Mavriki və Əlcəzair də yüksək göstəriciləri ilə onu izləyir. Latın Amerikasında Uruqvay, Asiyada isə Qətər və Birləşmiş Ərəb Əmirlikləri ön sıralardadır.
Hesabat ümumilikdə göstərir ki, “varlı ölkə” anlayışı artıq yalnız iqtisadi istehsalla deyil, sərvətin necə bölüşdürülməsi və sosial rifaha necə çevrilməsi ilə müəyyən olunur.























































