Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

26 Nis 09:27Manşet / Dünya

Atəşkəsə baxmayaraq, hücum əmri verdi

ateskese-baxmayaraq-hucum-emri-verdi

İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanda fəaliyyət göstərən “Hizbullah” hədəflərinə qarşı “güclü” zərbələr endirilməsi barədə göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazirin ofisinin açıqlaması şənbə günü “Hizbullah”ın Şimali İsrailə və Cənubi Livandakı İsrail quru qoşunlarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməsindən sonra yayılıb.

Bildirilib ki, bu hücumlar nəticəsində xəsarət alan olmayıb.

Eyni gün İsrail ordusu atəşkəs rejiminin qüvvədə olduğu şəraitdə Cənubi Livanda bir neçə hava zərbəsi həyata keçirib. İsrail tərəfi həmin əməliyyatlarda 6 “Hizbullah” üzvünün öldürüldüyünü bildirib.

Netanyahunun ofisinin bəyanatında qeyd olunub ki, Baş nazir orduya “Livandakı Hizbullah hədəflərinə güclü hücumlar həyata keçirməyi” əmr edib, lakin əməliyyatın detalları açıqlanmayıb.