Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
“Onlar üçün əsir düşərgələri də hazırlanıb”

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin mümkün hərbi təhdidləri fonunda genişmiqyaslı hazırlıq gördüklərini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, qurumun yaydığı bəyanatda bildirilir ki, bütün hərbi və kəşfiyyat strukturları mümkün quru və hava hücumlarına qarşı tam hazırlıq vəziyyətinə gətirilib.
“İran Silahlı Qüvvələrinin kəşfiyyat imkanları və hazırlıq səviyyəsi düşmənin bütün mümkün əməliyyatlarına cavab verməyə qadirdir. Bu çərçivədə hətta əsir düşərgələri də potensial hücumçular üçün hazırlanıb”, - açıqlamada qeyd olunur.
Bəyanat 1980-ci ildə ABŞ-nin İranda girovların azad edilməsi məqsədilə həyata keçirdiyi və uğursuzluqla nəticələnən “Qartal Pəncəsi” əməliyyatının ildönümü ilə əlaqələndirilib. İran tərəfi həmin hadisəni xatırladaraq, ABŞ-nin “tarixi məğlubiyyətdən dərs çıxarmadığını” bildirib.
Açıqlamada həmçinin ABŞ-nin İsfahanın cənubuna yönəlmiş son addımları “Ağ Evin rüsvayçılığının təkrarı” kimi qiymətləndirilib və Vaşinqtonun regionda “düşmənçilik siyasətini davam etdirdiyi” vurğulanıb.
Bəyanatda İsrail də tənqid olunub və regiondakı gərginliklərdə rol oynadığı iddia edilib.
Eyni zamanda, sənəddə İranın regional strategiyasına da toxunulub. Bildirilib ki, Hörmüz boğazı üzərində nəzarətin qorunması ölkənin əsas çəkindirmə vasitələrindən biridir.
Bundan başqa, hər hansı yeni hücum cəhdinə “daha ağır və strateji cavab veriləcəyi” qeyd olunub.























































