Xəbər Lenti
Dün, 06:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 07:43
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Tramp İrana üç gün vaxt verdi

ABŞ Prezidenti Donald Tramp İranın neft infrastrukturunun çökməsinə üç gün qaldığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Trampın sözlərinə görə, ABŞ və İran arasındakı münaqişədə bütün üstünlüklər Amerikanın tərəfindədir.
“İranın neft infrastrukturunun süqutuna təqribən üç gün qalıb”, — deyə ABŞ prezidenti vurğulayıb.
Həmin müsahibədə Donald Tramp İranla münaqişənin ABŞ-nin qələbəsi ilə başa çatacağını anons edib:
“Biz böyük iş görmüşük və bütün bunlar çox yaxında bitəcək”.























































