Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Türkiyənin ən gözəl qadınını tələb etmişdi - Qalmaqallı açıqlaması ilə gündəm oldu

Uqanda Silahlı Qüvvələrinin komandanı Muhozi Kaineruqaba sosial şəbəkələrdə qeyri-adi paylaşımları ilə yenidən gündəmə gəlib.
“Qafqazinfo”nun xəbərinə görə, Türkiyə ilə bağlı əvvəlki paylaşımları ilə diqqət çəkən Kaineruqaba bu dəfə də qalmaqallı açıqlamalar verib.
O, beş türk qadını ilə evləndiyini iddia edib və müxtəlif təhdid xarakterli fikirlər səsləndirib. Uqanda Prezidenti Yoveri Museveninin oğlu olan general sosial mediada aktivliyi səbəbindən “Tvitter generalı” kimi də tanınır.
Kaineruqaba bu dəfə bildirib ki, Uqanda hökumətinə müxalif olan olan Fred Kajubi Lumbuye təhvil verilməsə, Türkiyəyə qarşı sərt addımlar atıla bilər. 2013-cü ildə Türkiyəyə sığınan Lumbuye 2021-ci ildə saxlanıldıqdan sonra Uqandaya deportasiya olunub və bundan sonra onun taleyi ilə bağlı məlumatlar məhduddur.
“Mən artıq 5 türk qadını ilə evlənmişəm. Bu, asan iş idi. Növbəti dəfə məni və Uqandanı yenidən təhdid etsələr, biz döyüşəcəyik. Onlar bizdən qorxmalıdırlar. Bizə qarşı daha çox təhdid olarsa, bunun nəticələri olacaq. Mən Türkiyə ilə işimi tezliklə bitirəcəyəm. Onlar Lumbuyeni dərhal bizə təhvil verməlidirlər”, - o yazıb.
General bundan əvvəlki paylaşımlarından birində özünün “14% yunan geninə sahib olduğunu” yazaraq, Yunanıstanın ona viza tətbiq etməməli olduğunu iddia etmişdi.
General daha əvvəl də Türkiyə ilə bağlı qeyri-adi tələblərlə gündəmə gəlmişdi.
Kaineruqaba daha əvvəl Türkiyədən maliyyə tələbi ilə də çıxış edib: “Ya bizə pul ödəyəcəklər, ya da mən onların buradakı səfirliyini bağlayacağam. Bunun müqabilində Türkiyədəki səfirliyimizi bağlaya bilərlər, problem deyil”.
Sonrakı paylaşımlarında o, Türkiyənin “ən gözəl qadını” ilə evlənmək istədiyini də bildirib. Həmin paylaşımlar bir müddət sonra silinib.
Qeyd edək ki, Kaineruqaba daha əvvəl də beynəlxalq səviyyədə müzakirələrə səbəb olan açıqlamalar verib. 2022-ci ildə o, İtaliyanın Baş naziri Corciya Meloniyə evlilik təklifi edərək “cehiz” kimi 100 inək təklif etmişdi və zarafatla Romanı işğal edə biləcəyini bildirmişdi.
Kaineruqabanın paylaşımları əvvəlcə sosial mediada saxta hesab kimi qiymətləndirilsə də, sonradan onun rəsmi hesabı olduğu təsdiqlənib.























































