Menu
Xəbər Lenti
Həsrət sevincə döndü.
29-06-2026, 14:18

Həsrət sevincə döndü.

Pərviz Şahbazova ağır itki
29-06-2026, 13:10

Pərviz Şahbazova ağır itki

30 Nis 06:38Manşet / İdman

Nərimanın komandası darmadağınla növbəti mərhələyə yüksəldi

nerimanin-komandasi-darmadaginla-novbeti-merheleye-yukseldi

“Noksvill” ABŞ Açıq Kubokunun 1/8 final mərhələsində Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı MLS təmsilçisi “Kolumbus Kru” komandası ilə ilə qarşılaşıb və 4:1 hesabı ilə məğlub olaraq, turnirdəki mübarizəsini dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, Nəriman komandanın starrt heyətində yer alıb.

Görüş “ScottsMiracle-Gro Field” stadionunda baş tutub. Matça sürətli başlayan “Kolumbus Kru” 10-cu dəqiqədə Hüqo Pikardın dəqiq zərbəsi ilə hesabı açıb. Lakin ev sahibi “Noksvill” dərhal cavab verib. Eli Konveyin ötürməsindən sonra Braudilio Rodriges baş zərbəsi ilə fərqlənərək hesabı bərabərləşdirib.

Bərabərlik uzun sürməyib və 23-cü dəqiqədə Hüqo Pikard yenidən fərqlənərək, dubl edib və “Kolumbus Kru” yenidən önə çıxıb.

İkinci hissədə MLS təmsilçisi üstünlüyünü tam ələ alıb. Daniel Qazdaq və Ceyk Adamsın vurduğu qollarla “Kolumbus Kru” hesabı 4:1-ə çatdıraraq, qələbəni rəsmiləşdirib.

Bu nəticə ilə “Noksvill” turnirdəki çıxışını dayandırıb, “Kolumbus Kru” isə Lamar Hant ABŞ Açıq Kubokunda növbəti mərhələyə yüksəlib.