Menu
Xəbər Lenti
Kobaxidze Bakıdadır
Bugün, 09:41

Kobaxidze Bakıdadır

“Əl-Nəsr”dən gedir
16-05-2026, 11:14

“Əl-Nəsr”dən gedir

Serenay Türkiyəni tərk edir
15-05-2026, 06:15

Serenay Türkiyəni tərk edir

Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

05 May 06:29Manşet / Dünya

Çində fişəng fabrikində partlayış - 21 ölü, 61 yaralı

cinde-fiseng-fabrikinde-partlayis

Çinin cənubundakı Hunan əyalətində fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində 21 nəfər həlak olub, 61 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayış dünən axşam saatlarında əyalətin paytaxtı Çanşa şəhərinin Liuyanq dairəsində yerləşən fişəng fabrikində olub.

Yerli Fövqəladə Halların İdarə Edilməsi Bürosunun açıqlamasına görə, fabrikdəki işçilərdən 21-i həyatını itirib, 61-i isə müxtəlif dərəcəli xəsarət alıb.

Hadisədən dərhal sonra əraziyə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Çin Sədri Si Cinpin partlayışla bağlı axtarış-xilasetmə işlərinin səfərbər olunmasını və məsul şəxslərin cavabdeh tutulması üçün dərhal araşdırma aparılmasını tələb edib. O, həmçinin bütün yerli hökumətlərin və aidiyyəti qurumların iş yerlərində təhlükəsizlik tədbirlərini gücləndirməli, əsas sektorlarda risk monitorinqi və nəzarəti artırmalı olduqlarını vurğulayıb.

Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi hadisə yerində xilasetmə və yardım işlərinə rəhbərlik etmək üçün bölgəyə xüsusi qrup göndərib.