Menu
Xəbər Lenti
Vens İsveçrədədir
Dün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dün, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

Zamana sığmayan zəka...
17-06-2026, 15:38

Zamana sığmayan zəka...

06 May 06:11Manşet / Dünya

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

iranin-buna-ehtiyaci-yoxdur

ABŞ-nin dövlət katibi Marko Rubio Tehranın mülki nüvə enerjisi əldə etmək istəsə belə, uran zənginləşdirməsinə ehtiyacı olmadığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Rubio bu barədə “C-Span” portalında yayımlanan çıxışı zamanı danışıb.

O bildirib ki, dünyada mülki nüvə proqramı olan bir çox ölkə uranı özü zənginləşdirmir, onu hazır şəkildə idxal edir:

“İran özünü elə aparır ki, sanki hərbi nüvə proqramı yaratmaq istəyir. Bu, qəbulolunmazdır”.

Pentaqon rəhbəri Pit Heqset də Rubionun fikirlərini dəstəkləyərək, İranın hələ də nüvə silahı hazırlamaq istəyində olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 21-də İranın zənginləşdirilmiş uran ehtiyatı və Hörmüz boğazındakı vəziyyət ABŞ və İran arasında İslamabadda keçirilməsi planlaşdırılan danışıqların əsas mövzusu olmalı idi. Lakin Tehran nümayəndə heyəti Pakistana getməkdən imtina edib. İran tərəfi bunu Vaşinqtonun atəşkəs öhdəliklərini pozması və İsrailin Livandakı hərbi əməliyyatlarını dayandırması üçün lazımi təzyiq göstərməməsi ilə əsaslandırıb.