Menu
Xəbər Lenti
Bizim Nizami müəllim...
18-09-2026, 12:33

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 08:26

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 08:05

17 yolda tıxac var - Siyahı

07 May 06:25Manşet / Dünya

İran Hörmüzdəki gəmi kapitanlarına çağırış etdi

iran-hormuzdeki-gemi-kapitanlarina-cagiris-etdi

İran Hörmüz boğazı və regiondakı sularda üzən ticarət gəmilərinə xidmət göstərməyə hazır olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Limanları və Dənizçilik Təşkilatı rəsmi açıqlama yayıb.

Bildirilib ki, İran limanları gəmi kapitanlarına geniş spektrdə xidmətlər təklif edir. Bu xidmətlərə texniki dəstək, yanacaq və digər təchizat, eləcə də, tibbi və səhiyyə xidmətləri daxildir.

Qeyd olunub ki, xüsusilə İranın ərazi sularında və lövbərsalma zonalarında olan gəmilər zəruri hallarda təmir və digər logistika xidmətlərindən də yararlana bilərlər.

Mesajın region üzrə dəniz rabitə kanalları və yüksəktezlikli sistemlər vasitəsilə üç gün ərzində gündə üç dəfə yayımlanacağı bildirilib.