Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Trampla təkbətək görüşdü

ABŞ Prezidenti Donald Tramp və Braziliya lideri Luis İnasiu Lula da Silva arasında Ağ Evdə baş tutan danışıqlar mətbuat üçün qapalı keçib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın “ABC” qəzeti məlumat yayıb.
Ağ Evin rəsmi qrafikinə əsasən, bu səviyyəli ikitərəfli görüşlərdə, adətən, olduğu kimi, müzakirələrin mətbuatın iştirakı ilə keçirilməsi planlaşdırılıb. Lakin Braziliya tərəfinin xahişi ilə görüşün formatı son anda dəyişdirilib və qapalı rejimə keçirilib.
Məlumata görə, Braziliya liderinin korteji yerli vaxtla saat 11:21-də Ağ Evə çatıb. Donald Tramp qonağı Cənub çəmənliyində şəxsən qarşılayıb, liderlər əl sıxdıqdan sonra danışıqlar üçün Oval kabinetə yollanıblar.
Qeyd edək ki, iki lider arasında münasibətlər heç də birmənalı deyil. Yanvar ayında Lula da Silva Trampı “yeni” Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq niyyətində ittiham etmişdi. Braziliya prezidentinin iddiasına görə, Ağ Ev rəhbəri bu yeni struktura “təkbaşına rəhbərlik etməyi” planlaşdırır.
Xatırladaq ki, bir müddət əvvəl Braziliya rəsmiləri ABŞ-nin Venesuelaya qarşı addımlarını bütün qitəyə hücum kimi qiymətləndirmişdilər.























































