Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Almaniyada bir pediatr 130 cinsi cinayətə görə mühakimə olunacaq
Almaniyanın Brandenburq əyalətində çalışan 45 yaşlı həkim uşaqlara qarşı cinsi cinayətlər ittihamı ilə 130 ayrı iş üzrə məhkəmə qarşısına çıxacaq.
“Qafqazinfo” “The Straits Times”a istinadən xəbər verir ki, həkimə qarşı “ağır uşaq istismarı” və “zorlama”ya dair ittihamlar irəli sürülüb.
Bildirilib ki, həmin həkim Rathenov və Nauen şəhərlərindəki xəstəxanalarda çalışıb.
İddialara əsasən, cinayətlərin böyük hissəsi onun iş başında olduğu dövrdə baş verib.
Prokurorluğun hazırladığı ittiham aktında hadisələrin 2013-2025-ci illər arasında baş verdiyi qeyd olunub.
Məlumata görə, həkim 2025-ci ilin noyabr ayında bir uşağın anasının şikayətindən sonra saxlanılıb və həmin vaxtdan həbsdədir.
Hazırda Brandenburq polisi və Potsdam Prokurorluğu yeni qurbanların olub-olmadığını araşdırır.























































