Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

15 May 06:33Manşet / Dünya

Kosmosa insan embrionları göndərildi

kosmosa-insan-embrionlari-gonderildi

Çinli alimlər insanın kosmosda çoxalma imkanlarını araşdırmaq məqsədilə mühüm elmi təcrübəyə başlayıblar. Bu çərçivədə süni insan embrionları Tianqonq Kosmik Stansiyasına göndərilib.

“Qafqazinfo” xəbər verir ki, araşdırmanın əsas məqsədi sıfır cazibə qüvvəsi və kosmik radiasiyanın insan inkişafına təsirini öyrənmək və gələcəkdə kosmosda uzunmüddətli həyatın mümkün olub-olmadığını müəyyənləşdirməkdir.

Embrionlar xüsusi yük missiyası ilə orbitə çatdırılıb və bioloji inkişaf prosesinin ilkin mərhələləri burada izlənəcək.

Tədqiqatı aparan komandanın rəhbəri Yu Leqian dövlət mediasına verdiyi açıqlamada bu layihənin insanların kosmosda yaşama və çoxalma potensialını anlamaq baxımından ilk genişmiqyaslı addımlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə embrion inkişafının 14-21-ci günləri kritik mərhələ hesab olunur və bu dövrdə baş verə biləcək dəyişikliklər gələcək inkişaf üçün həlledici ola bilər.

Alimlər bildirirlər ki, təcrübə zamanı embrionlar kosmos şəraitində müşahidə olunacaq, daha sonra isə dondurularaq Yerə qaytarılacaq və detallı analiz ediləcək.

Bu araşdırma daha əvvəl Beynəlxalq Kosmik Stansiyada aparılan siçan embrionu təcrübələrindən daha irəli mərhələ kimi qiymətləndirilir. Çinli tədqiqatçılar bu dəfə insan hüceyrələrinə daha yaxın modeldən istifadə etməklə nəticələrin daha dəqiq olmasını hədəfləyirlər.

Qeyd edilir ki, əldə ediləcək nəticələr gələcəkdə Ay və Mars kimi missiyalarda insan həyatının və çoxalmasının mümkünlüyünə dair mühüm elmi baza yarada bilər.