Xəbər Lenti
9-07-2026, 18:27
Uğurun təməlində peşəkarlıq və etibar dayanır – "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Rusiyada xərçəngə qarşı peyvənd tətbiq olundu

Rusiyada 5 xəstə xərçəng xəstəliyinə qarşı peyvənd olunub.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyin rəhbəri Veronika Skvortsova açıqlama verib.
Həmin şəxslərin yalnız bağırsaq xərçənginə qarşı peyvənd olunduğu bildirilir.
Onun sözlərinə görə, ilk peyvənd olunan şəxs artıq altı doza qəbul edib. Skvortsova preparatın yaxşı mənimsənildiyini və təhlükəsiz olduğunu qeyd edib. Bununla belə, müalicənin effektivliyi barədə yalnız bir neçə aydan sonra dəqiq danışmaq mümkün olacağı vurğulanıb.
Skvortsova hazırda daha 35 xəstənin peyvəndləmə növbəsində gözlədiyini qeyd edib.























































