Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Azərbaycan Hapkidoçuları Avropa Çempionatında ölkəmizi təmsil edəcəklər
Xezertv.info xəbər verir ki, 21–24 may 2026-cı il tarixlərində keçiriləcək hapkido üzrə Avropa çempionatında Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Hapkido bölməsi ölkəmizi geniş heyətlə təmsil edəcək. Beynəlxalq əhəmiyyətli yarışda Azərbaycan komandası 7 idmançı, 2 məşqçi və 1 hakim ilə iştirak edərək üçrəngli bayrağımızı Avropa arenasında dalğalandıracaq.
Bu nüfuzlu yarış Azərbaycan idmanının beynəlxalq uğurlarının növbəti göstəricilərindən biri hesab olunur. Son illərdə ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın müxtəlif arenalarında böyük nailiyyətlər qazanır, dövlət himnimizi səsləndirirlər. Xüsusilə Prezident İlham Əliyevin idmana və gənclərin sağlam inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə idmanın inkişafına böyük təkan verib. Azərbaycan bu gün beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edən və güclü idman ənənələrinə malik ölkələrdən biri kimi tanınır.
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovun fəaliyyəti də ölkə idmanının inkişafında mühüm rol oynayır. Nazir tərəfindən idmançılara göstərilən diqqət və dəstək gənclərin idmana marağını artırır, onların beynəlxalq yarışlarda uğur qazanmasına stimul verir. Azərbaycan idmançılarının hər zaman dövlət qayğısı ilə əhatə olunması onların məsuliyyətini və qələbə əzmini daha da artırır.
Hapkido üzrə Avropa çempionatında iştirak edəcək milli komandamız da yarışa böyük hazırlıqla yollanır. Məşqçilər heyəti idmançıların fiziki və psixoloji hazırlığının yüksək səviyyədə olduğunu bildirir. Komandanın əsas məqsədi ölkəmizi layiqincə təmsil etmək, Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və Avropa çempionatından medallarla qayıtmaqdır.
Azərbaycan ictimaiyyəti milli komandamızın uğur qazanacağına inanır və bütün idmançılarımıza yarışlarda uğurlar arzulayır.






















































