Xəbər Lenti
Bugün, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Bugün, 13:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
18-09-2026, 15:15
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 18:04
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var

İspaniyanın Bilbao hava limanında İstanbuldan gedən “Sumud flotiliyası”nın fəalları ilə polis arasında qarşıdurma baş verib.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlara görə, iştirakçılar qrup şəkili çəkdirərək gəliş zonasının çıxışını bağlayıblar.
Polis onları dağıtmağa çalışıb və bu, qarşıdurmaya səbəb olub. Altı ispaniyalı fəaldan dördünün saxlanıldığı bildirilir.
Qeyd edək ki, mayın 21-də flotiliyanın bütün iştirakçıları İsraildən öz ölkələrinə deportasiya ediliblər. Bu, İsrailin milli təhlükəsizlik naziri Ben-Qvirin fəallar qarşısında çıxışından sonra beynəlxalq hiddətə səbəb olub.























































