“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
İsrail şirkəti Fransada seçkilərə müdaxilə edib?

Paris Prokurorluğu Fransada keçirilən yerli seçkilərə xarici müdaxilə iddiaları ilə bağlı istintaqa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, araşdırma mart ayında keçirilən bələdiyyə seçkiləri zamanı İsrailin “BlackCore” şirkətinin “Boyun Əyməyən Fransa” (LFI) partiyasının namizədlərinə qarşı qaralama kampaniyası aparıb-aparmadığını müəyyən etməyə yönəlib.
Prokurorluq bəzi namizədlərin üçüncü ölkənin maraqları naminə həyata keçirilən informasiya əməliyyatının hədəfi olub-olmadığını araşdırdığını bildirib.
LFI-dən millət vəkili Klemans Qet sosial media paylaşımında “BlackCore”un LFI namizədlərini gözdən salmaq üçün saxta məlumatlar yaydığını iddia edib.
LFI üzvləri Fransua Pikemal, Sebastyan Deloq və David Gironun kampaniyanın əsas hədəfləri arasında olduğu bildirilib.
Digər deputat Sofiya Çikiru isə xarici müdaxilə və saxta xəbərlərlə bağlı iddiaların ciddi araşdırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Fransua Pikemal Tuluza bələdiyyə seçkilərində ikinci yeri tutub və nəticələrin ləğvi üçün məhkəməyə müraciət edib.






















































