“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Gürcüstan hökuməti paytaxt Tbilisidə vaxtilə SSRİ rəhbəri İosif Stalinə məxsus və uzun illər gizli saxlanılan nadir şərab kolleksiyasının qorunduğu anbarın möhürünü açaraq satışa çıxarmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət mülkiyyətində olan kolleksiyaya təxminən 40 min şüşə nadir Fransa və yerli Gürcüstan şərabları daxildir. Hökumət bu unikal tarixi tapıntıları hərrac vasitəsilə satmağı və əldə olunan vəsaiti ölkədə peşəkar şərabçılıq məktəbinin yaradılmasına yönəltməyi planlaşdırır.
Xatırladaq ki, sözügedən tarixi kolleksiyanın mənşəyi olduqca maraqlıdır. Bura vaxtilə Rusiya imperatoru III Aleksandra və onun oğlu II Nikolaya məxsus olan Bordonun ən məşhur şərab evlərinin məhsulları daxildir. 1917-ci il oktyabr çevrilişindən sonra sovet hakimiyyəti tərəfindən müsadirə edilən Romanovlar sülaləsinin kolleksiyası sonradan Stalinin ixtiyarına keçib. Şərab həvəskarı olan İosif Stalin illər ərzində bu zirzəmini özünün bəyəndiyi ən keyfiyyətli gürcü şərab növləri ilə daha da zənginləşdirib. Anbardakı bəzi nümunələrin tarixi hətta XIX əsrin əvvəllərinə gedib çıxır.






















































