Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Evin içində narkotik istixanası düzəltdilər

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda bir binadan gələn şübhəli və güclü qoxu polis əməliyyatına səbəb olub. Aparılan yoxlamalar nəticəsində tam izolyasiya edilmiş otaqda qurulan narkotik istixanası aşkarlanıb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, mənzilə daxil olan polis təxminən 60 kvadratmetrlik bir otağın xüsusi şəkildə izolyasiya edildiyini və narkotik istehsalı üçün istixanaya çevrildiyini müəyyən edib.
Aparılan axtarış zamanı ümumilikdə 81 ədəd kannabis bitkisi və 42 kiloqram 300 qram marixuana aşkar edilərək götürülüb. Müsadirə edilən maddələrin bazar dəyərinin təxminən 30 milyon türk lirəsi olduğu bildirilir.
Otaqda həmçinin 25 ədəd iqlim nəzarət lampası, 4 ventilyasiya cihazı, 15 ventilyator, qurutma avadanlıqları, bitki qidaları və narkotik istehsalında istifadə edilən müxtəlif texniki vasitələr də tapılıb.
Bütün maddi sübutlar Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsinə təhvil verilib, faktla bağlı araşdırma davam edir.























































