Xəbər Lenti
Bugün, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Bugün, 13:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
18-09-2026, 15:15
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 18:04
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
ABŞ-nin İsraildəki diplomatik nümayəndəlikləri bir günlük bağlandı

İranın İsrailə endirdiyi zərbələrdən sonra ABŞ-nin Qüds və Təl-Əvivdəki diplomatik nümayəndəliklərinin bu gün bağlı olması ilə bağlı qərar verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyinin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, diplomatların ailələrinə mümkün yeni raket hücumu halında evdə qalmaq və sığınacaqlara yaxın olmaq əmri verilib.
“İsraildəki mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq ABŞ səfirliyi bütün ABŞ hökumət işçilərinə və onların ailələrinə evdə qalmağı və hava hücumu xəbərdarlığı halında növbəti xəbərdarlığa qədər təhlükəsiz bir yerə köçməyə hazır olmağı tövsiyə edib”, - deyə məlumatda qeyd edilib.























































