Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
İordaniyadakı ABŞ bazasını vurdular

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələrə cavab olaraq İordaniyada yerləşən “Muvaffaq Salti” hərbi bazasına raket hücumu həyata keçirdiyini açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, bildirilir ki, cavab əməliyyatları çərçivəsində regiondakı ABŞ-yə məxsus dəniz və hava hərbi obyektlərinə ümumilikdə 21 zərbə endirilib.
Belə ki, İordaniyadakı “Muvaffaq Salti” hərbi bazası uzaqmənzilli raketlərlə vurulub. İran tərəfi hücum nəticəsində bazadakı bir sıra mühüm obyektlərin, o cümlədən, F-35 qırıcı təyyarələrinin yerləşdiyi anqarların hədəf alındığını açıqlayıb.
İnqilab Keşikçiləri Korpusu bəyanatında ABŞ-nin bölgədəki hərbi əməliyyatlarını davam etdirəcəyi təqdirdə daha sərt cavab tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib.






















































