Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
10-06-2026, 08:14

Xəzərdə zəlzələ oldu

Turanın meyiti tapıldı
10-06-2026, 07:43

Turanın meyiti tapıldı

13 Haz 09:11Manşet / Dünya

Əhalinin sayının azaldılması ilə bağlı referendum keçirəcəklər

ehalinin-sayinin-azaldilmasi-ile-bagli-referendum-kecirecekler

İyunun 14-də İsveçrədə ölkə əhalisinin sayının azaldılmasının mümkün olub-olmaması ilə bağlı referendum keçiriləcək.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, isveçrəlilər dünya təcrübəsində demək olar ki, analoqu olmayan qeyri-adi bir suala cavab verməli olacaqlar.

Sözügedən sual isə “dövlət öz əhalisinin sayını qanunvericilik yolu ilə məhdudlaşdıra bilərmi?”dən ibarətdir.

Belə ki, referenduma ölkə əhalisinin maksimum 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təşəbbüs çıxarılıb. Bu təşəbbüs isə sağçı “Swiss People's Party” partiyası tərəfindən irəli sürülüb 

Təklifin tərəfdarlarının fikrincə, əhalinin sürətli artımı mənzil bazarına, nəqliyyat sisteminə, məktəblərə, səhiyyəyə və ətraf mühitə əlavə təzyiq yaradır.

Qeyd edək ki, son 20 il ərzində İsveçrə əhalisinin sayı 7,3 milyondan 9,1 milyona yüksəlib. Bununla yanaşı, ölkə sakinlərinin təxminən 27 faizi xarici vətəndaşlardır. Bir çox isveçrəli qatarların həddindən artıq dolu olmasından, əlçatan mənzil çatışmazlığından və tibbi sığorta xərclərinin artmasından şikayət edir.