Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
1700 turistin olduğu hoteldə yanğın - 1 nəfər öldü

Dominikan Respublikasında yerləşən hoteldə güclü yanğın baş verib.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, yanğın nəticəsində bir qadın həlak olub, daha üç nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə məşhur kurort rayonu Bayahibedə yerləşən “Viva Wyndham Dominicus Beach” hotelində baş verib. Hoteldə olan təxminən 1700 turist təxliyə edilib.
Ölən şəxs İtaliya vətəndaşıdır. Digər zərərçəkənlər arasında hotelin qonaqları, ziyarətçilər və təcili xidmət əməkdaşları olub.
İlkin məlumatlara görə, alovun sürətlə yayılmasına palma materiallarından hazırlanmış damın tez alışan elementləri, həmçinin güclü külək səbəb olub. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Karib hövzəsinin ən populyar turizm istiqaməti olan Dominikan Respublikasını bu ilin ilk beş ayı ərzində təxminən 5,6 milyon turist ziyarət edib.























































