Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“Bu dünya bir igid gördü” sənədli povestindən döyüşçü xatirələri...
Vətən səni oğul deyərək öyür.
Şəhid gizir Vidadi Nizami oğlu Zalov 17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində (ziyalı) Nizami Zalovun ailəsində anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasını bitirmişdir.
Vidadi Zalov ailəli idi. İki övladı – Nizami adlı oğlu və Humay adlı qızı bizlərə yadig olaraq qalmışdır.
Ali təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və bir il müddətində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissələrindən birində xidmət etmişdir.
Hərbi xidmətini başa vurduqdan sonra Müdafiə Nazirliyinin müddətdən artıq həqiqi hərbi xidmət kurslarını müvəffəqiyyətlə bitirmiş,
Azərbaycan Ordusunun kiçik çavuşu Vidadi Zalov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Laçın rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun qərarı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur.
Müharibədən sonra "Gizirlik kursu"nu müvəffəqiyyətlə bitirmiş, gizir hərbi rütbəsinə layiq görülmüşdür. Gizir rütbəsini aldıqdan sonra ön xətdə xidmət etməyi özü seçmiş və könüllü olaraq Laçın rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
11 aprel 2023-cü il tarixində Ermənistan Silahlı Qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribatın qarşısının alınması zamanı Vidadi Zalov döyüş tapşırığını yerinə yetirərkən böyük igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuşdur.
12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində böyük izdihamla dəfn edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi xüsusi xidmətlərə, xidməti vəzifəsini və döyüş tapşırıqlarını yerinə yetirərkən nümayiş etdirdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2023-cü il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlığa, Vətənə sonsuz sədaqətinə və xalqına xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2026-cı il tarixli Sərəncamı ilə şəhid Vidadi Zalov ölümündən sonra "Vətən uğrunda" ordeni ilə təltif edilmişdir.
Xatirə
Mən, ehtiyatda olan baş gizir Bəbirov Anar, şəhid Vidadi Zalovu Laçın şəhərindən yaxından tanıyırdım. O, yüksək mənəviyyata malik, mərd, səmimi, vətənini və xalqını ürəkdən sevən, hər kəsin hörmətini qazanan nümunəvi gizirlərdən biri idi. Onun vətənpərvərliyi, cəsarəti və insanlığı daim yaddaşlarda yaşayacaq.
Vidadi fərqli insan idi. Cavanlığına baxmayaraq Allahın bütün layiqli xarakterlər onda cəmləşmişdi. 44 günlük müharibəni Vidadi sağ salamatlıqla başa vurdu. Lakin onun hünərli təəsübkeş öndə getmək cəsarəti ilə buna inanmaq çətin idi. Vidadi risk etməyi xoşlayırdı. Dəfələrlə gözümüzün şahidi olmuşuq (bunu Vidadini tanıyan hər bir döyüşçü yoldaşı təsdiqləyə bilər). Vidadi döyüş gedərkən həmişə hünərli, cəsarətli formada həyatını riskə atırdı. Onda əsl döyüşçü hünəri var idi. Elə bu hünər onu şəhidliyə apardı. Vidadi Zalov 2023-cü il 11 apreldə xain düşmənlə qeyri-bərabər döyüşdə sinəsini sipər edərək qəhrəmanlıqla həlak oldu. Bu hünər elə Vidadiyə aid idi.
Allah şəhidimizə rəhmət eləsin, məqamını uca etsin. Valideynlərinə, övladlarına, doğmalarına və bütün yaxınlarına səbir versin. Biz döyüşçü yoldaşların səni belə hünərli və qəhrəman tanıdıq, Vidadi! Ruhun şad olsun qardaş!
PS. Mən bu yazını, bu xatirəni əsrəyə gətirən müddətdə sən hörmətli cənab Ali Baş Komandan tərəfindən 3-cü dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif edildin. Biz bilirik ki, Vidadi Zalov bundan da böyük qəhrəmanlıq salnaməsinə imza atıb. Bundan da böyük təltifə layiqdir. Uca Allah sənin mükafatını verəcək, qardaşım!
Ruhuna dərin hörmətlə,
Ehtiyatda olan Baş gizir Anar Bəbirov





















































