Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

12 Tem 09:05Manşet / Dünya

Parisin simvolu da istiyə tab gətirmədi

parisin-simvolu-da-istiye-tab-getirmedi

Fransanın paytaxtı Parisin simvollarından biri olan Eyfel qülləsi həddindən artıq istilər səbəbindən bu həftəsonu fəaliyyət saatlarını dəyişdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qüllənin rəsmi saytında yayımlanan məlumatda bildirilir.

Qeyd edilib ki, yüksək temperatur səbəbindən abidə bu gün və sabah yerli vaxtla saat 16:00-dan etibarən ziyarətçilərin üzünə bağlanacaq.

Adətən, gecə saat 00:45-dək açıq olan Eyfel qülləsini bu həftəsonu ziyarət etmək istəyənlər əraziyə ən gec saat 12:15-də daxil ola biləcəklər.

Fransada müşahidə olunan güclü istilər fonunda ölkənin 24 departamentində ən yüksək - “qırmızı”, 59 departamentində isə “narıncı” təhlükə səviyyəsi elan edilib.

Meteoroloqlar bəzi bölgələrdə havanın temperaturunun gündüz saatlarında 39 dərəcəyədək yüksələcəyini proqnozlaşdırırlar.