Xəbər Lenti
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Turan Tovuz” “Monpelye”nin yetirməsini transfer etdi

“Turan Tovuz” yay “transfer pəncərəsi”ndə heyətini yeni legionerlə gücləndirib.
“Qafqazinfo” xəbər verir ki, Tovuz klubu “Monpelye”nin yetirməsi olan Stiv Beusnard ilə 2 illik müqavilə bağlayıb.
Boyu 1,70 metr olan fransalı yarımmüdafiəçi sol ayaqla oynayır. Əsas mövqeyi mərkəz yarımmüdafiəçisi olsa da, universallığı ilə seçilən futbolçu ehtiyac yarandıqda pleymeyker və dayaq yarımmüdafiəçisi funksiyalarını da uğurla yerinə yetirir.
34 yaşlı futbolçu karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.
Ötən mövsüm “Pau” klubunun heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 29 rəsmi matçda meydana çıxan təcrübəli yarımmüdafiəçi 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.





















































