Xəbər Lenti
9-09-2026, 18:11
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
9-09-2026, 17:40
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
9-09-2026, 08:23
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
6-09-2026, 09:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
AKP nümayəndəsi və 2 yaxını qəbiristanlıqda güllələndi

Türkiyənin Batman vilayətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatının sədri Mehmet Direk, oğlu Ercan və qardaşı oğlu Bekir qəbiristanlıqda baş verən silahlı hücum nəticəsində qətlə yetiriliblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisədən sonra polis əməkdaşları ərazini mühasirəyə alıb və bütün giriş-çıxışları nəzarətə götürüb. Silahlı hücumu həyata keçirənlərin kimliyi və hadisənin motivləri araşdırılır.
Hücumun törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat aparılır.






















































