Xəbər Lenti
Bugün, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Bugün, 13:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
18-09-2026, 15:15
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
17-09-2026, 18:04
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Gürcüstanda bu nazirlik ləğv edilir, əvəzində yeni vəzifə yaradılır
Gürcüstanda Regional İnkişaf Nazirliyi sentyabrda ləğv ediləcək.
“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı həmin ölkənin Baş naziri İrakli Kobaxidze açıqlayıb.
O bildirib ki, hökumət strukturunda yeni regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Həmin posta isə Mamuka Mdinaradze gətiriləcək.
Kobazidzenin sözlərinə görə, yeni dövlət naziri vəzifəsinin yaradılması ilə Regional İnkişaf Nazirliyi öz mahiyyətini itirir.
Hazırkı regional inkişaf naziri Kaxa Quledani isə Gürcüstanın infrastruktur nazirinin birinci müavini olacaq.























































