Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İrana hücumu ləğv etdi

ABŞ Prezidenti Donald Tramp İrana hücumu ləğv edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə paylaşımında bildirib.
“ABŞ İkinci Dünya müharibəsindən bəri görünməmiş səviyyədə hərbi qüvvə, güc və zərbə potensialı ilə İrana qarşı hərəkətə keçməyə tam hazır vəziyyətdədir. Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri bizdən hücumu təxirə salmağı xahiş ediblər, çünki razılaşmanın əsas konturları üzrə anlaşma əldə olunub.
Bu razılaşma Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılmasını, eləcə də İranın nüvə təhdidinə son qoyulmasını nəzərdə tutur. Bu müraciəti nəzərə alaraq, dünyanın gələcək rifahı və eyni zamanda uğurlu və firavan İran naminə, qısa müddətdə razılaşma əldə etmək mümkün olacağı təqdirdə, hücumu ləğv etməyə razılıq vermişəm. İsrail də bu öhdəliyə mənimlə birlikdə qoşulur. Hamı işə başlasın və bunu başa çatdırsın, - deyə o əlavə edib.























































