Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

02 Ağu 10:33Manşet / Dünya

ABŞ vətəndaşı peyvəndi olmayan nadir virusa yoluxdu

abs-vetendasi-peyvendi-olmayan-nadir-virusa-yoluxdu

ABŞ-nin Nyu-York ştatında ilk dəfə müalicəsi olmayan və ölümcül risk daşıyan nadir “Burbon” virusuna yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, “People” jurnalının məlumatına görə, xəstəlik həyətdə işləyərkən ayağını gənə dişləyən 67 yaşlı Long-Aylend sakinində aşkarlanıb.

Halsızlıq və şiddətli ağrıları olan şəxs xəstəxanaya yerləşdirilib.

İnfeksiyanın “Tək ulduz” gənələri vasitəsilə yayıldığı ehtimal edilir. Simptomlarına qızdırma, bədən ağrıları, ürəkbulanma və səpki daxil olan bu virusa qarşı hələ ki, heç bir peyvənd və ya xüsusi dərman mövcud deyil.