Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

04 Ağu 08:49Manşet / Gündəm / İdman

Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq

 

“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.

Qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir  “Azersun Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Dinamo” - “Qarabağ” oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena"da baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.