Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

16 Ağu 08:27Manşet / Gündəm / Sosial

Müdafiə nazirinin ən gənc müavini 40 yaşını qeyd edir

 

Müdafiə nazirinin müavini-Baş direktor Aqil Qurbanovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, nazir müavini bu gün 40 yaşını qeyd edir.

Müdafiə nazirinin ən gənc müavini 1986-cı il avqustun 15-də Bakıda doğulub.

O, hərbi təhsilli zabit deyil, karyerasının böyük hissəsi maliyyə, investisiya və korporativ idarəetmə sahələri ilə bağlı olub.

Prezidentin Sərəncamı ilə Aqil Qurbanov 2022-ci ilin sonlarında müdafiə nazirinin müavini, bir il sonra isə müdafiə nazirinin müavini-Baş direktor vəzifəsinə təyin edilib.

Təyinatı orduda idarəetmə və təchizat sahəsində aparılan islahatlarla eyni dövrə təsadüf etdiyindən Aqil Qurbanov Müdafiə Nazirliyindəki struktur dəyişikliklərinin simalarından biri kimi qiymətləndirilir.

Onun fəaliyyəti ən yüksək səviyyədə qiymətləndirilib. Ötən il Prezidentin Sərəncamı ilə A.Qurbanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ötən ay isə müdafiə naziri tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.

Aqil Qurbanov ailəlidir, 2 övladı var.