Menu
Xəbər Lenti
Avqustun 28-də Ay tutulacaq
17-08-2026, 09:25

Avqustun 28-də Ay tutulacaq

20 Ağu 14:30Manşet / Gündəm / Sosial

Gözəl Nigarın toy sevinci – Pərvanə İmamquliyevanın ailəsində möhtəşəm gün

 

Bu gün Gəncə şəhəri 13 saylı körpələr evi–uşaq bağçasının müdiri, Gəncə şəhər GDRTİ-nin MTM üzrə Yeni Azərbaycan Partiyasının sədri, ictimai xadim Pərvanə İmamquliyevanın xanım qızı, gözəl Nigarın toy mərasimidir. Pərvanə xanım cənnətimiz Azərbaycanın rifahı uğrunda sədaqət andı içən vətənpərvər, vətənsevər, alicənab, ləyaqətli, səxavətli, mərd, mərhəmətli xanım əfəndilərdən biridir. O, hər kəsin yanındadır. O, kimsəsizlərin, əlacsızların "xilas kəməri"dir. Pərvanə xanım şəhid analarının sevimli qızı və bacısıdır. Ömrünü ləyaqətlə və şərəflə yaşayan bir ananın qızı elə onun əxlaq modelinin inkiasıdır. Əziz Nigarımız ədəb və ləyaqət hissi ilə böyüyüb inkişaf edən gənc nəslin nümunələrindən biridir. Əsl ailədən gələn Azərbaycanlı əxlaqı onun ata ocağından apardığı önəmli "cehiz"lərindən biridir. Əziz Nigar xoşbəxt ol! Elə Azərbaycanlı kimi söyləyək, yarıyanlardan ol! Qurduğun ailə, getdiyin ocaq ömrün boyu səni günəş kimi qızdırsın. Həyatda qələbələrin, uğurların bol olsun. Anan kimi Azərbaycana layilqi, önəmli vətəndaş ol. Gözəl övladlar sahibi ol. Sən necə valideynlərinə baxıb qururlanırsansa, valideynlərin və övladların sənə baxıb qurur duysunlar. Bu günkü tənətənən mübarək!


Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay qızım, sən haldan-hala düşürsən,
"Vağzalı" çalınır, ana
n ağlayır.

 

Hürü Hacızadə

Yazıçı-publisist

“Qızıl qələm” mükafatçısı

 

Fərid Faiqoğlu

AJB-nin üzvü

Və “Xezertv.info” media qrupu