Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

22 Ağu 10:44Manşet / Sosial

Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...

ozel-xestexanada-abortdan-sonra-eve-aparilib-guclu-qanaxma-olub

Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan vəfat edib.

“Qafqazinfo”nun “Bakupost”a istinadən məlumatına görə, Tovuz rayon sakini Lalə Quliyevanın hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrinin birində sonlandırılıb. Daha sonra qadın evə aparılıb. Bir müddət sonra onda güclü qanaxma baş verib və həyatını itirib.

Bildirilib ki, L.Quliyeva təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə çatdırılıb.

Qeyd edək ki, Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra o, abort etdirmək qərarına gəlib.

Mərhum bir qız övladı anası olub.