Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
Matviyenko Mehriban Əliyevanı təbrik etdi
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, təbrik mətnində deyilir:
“Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə ən səmimi və xoş təbriklərimi qəbul edin.
Çoxillik səmərəli əməyiniz, xüsusi peşəkarlığınız və Azərbaycan Respublikasına sədaqətli xidmətiniz Sizə Vətəndə və onun hüdudlarından kənarda layiqli hörmət qazandırmışdır. Enerjiniz, insanlara diqqətiniz və yüksək mənəvi ideallara daimi sadiqliyiniz sayəsində sosial, mədəni və xeyriyyə sahələrində ictimai həmrəyliyin möhkəmləndirilməsinə və Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasına xidmət edən genişmiqyaslı təşəbbüslər həyata keçirilir.
Rusiyada Sizin Rusiya-Azərbaycan əməkdaşlığının inkişafına, ölkələrimizin xalqları arasında ənənəvi mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfəniz yüksək qiymətləndirilir. Əminəm ki, ikitərəfli əlaqələr bundan sonra da yeni məzmunla zənginləşəcək, mühüm layihələrin həyata keçirilməsində praktiki ifadəsini tapacaq.
Əziz Mehriban xanım, aramızda isti dostluq münasibətlərinin yaranmasından çox şadam. Sizin ziyalılığınız, heyrətamiz zərifliyiniz və daxili ləyaqətiniz həmişə ən xoş təəssüratlar bəxş edən etimadlı dialoqa zəmin yaradır.
Sizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və yeni uğurlar arzu edirəm. Qoy Sizi həmişə doğmalarınızın sevgisi və qayğısı əhatə etsin, həmkarlarınızın və dostlarınızın dəstəyi isə bütün xeyirxah təşəbbüslərinizin həyata keçirilməsinə kömək etsin.
Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.






















































