“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Bakıda güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntı qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər, Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Şahbuzda 1mm-dək qeydə alınıb.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.






















































