Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Mərmərə dənizində iki gəmi toqquşdu - İtkin düşənlər var

Mərmərə dənizində iki Türkiyə bayraqlı ticarət gəmisi toqquşub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmadan sonra gəmilərdən birində olan 10 heyət üzvü ilə əlaqə saxlamaq mümkün olmayıb.
Hadisə təxminən saat 03:00-da, İstanbulun Silivri rayonundan 18 mil cənubda baş verib.
İstanbul Valiliyinin yaydığı məlumata görə, Kocaelidən Əliağaya gedən Türkiyə bayraqlı “ALSU” ticarət gəmisi ilə İskəndərun limanından Karadəniz Ereğliyə hərəkət edən Türkiyə bayraqlı “TUĞBERK İMAMOĞLU” ticarət gəmisi toqquşub.
Hadisə barədə məlumat daxil olduqdan sonra Sahil Mühafizəsi, Mərmərə və Boğaz Komandanlığının çoxsaylı dəniz qüvvələri, həmçinin sahil mühafizəsinə məxsus helikopter hadisə yerinə göndərilib.
İlkin araşdırmalar zamanı “ALSU” gəmisində hər hansı görünən zədənin olmadığı müəyyənləşdirilib. Lakin “TUĞBERK İMAMOĞLU” gəmisi və onun göyərtəsində olan 10 heyət üzvü ilə əlaqə yaratmaq mümkün olmayıb.
Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.






















































