Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
02 Eyl 09:31Manşet / İqtisadiyyat
Gecəki gərginlik fonunda neft kəskin bahalaşdı

ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən intensivləşməsi qlobal enerji bazarlarında təchizatla bağlı narahatlıqları artırıb.
“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 7,8 faiz yüksələrək, bir barel üçün 95,27 dollara çatıb.
Neft qiymətlərindəki kəskin artıma ABŞ-nin İranın Hörmüzqan əyalətindəki Kuheştek şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirməsi, İranın buna cavab olaraq ABŞ bazalarına hücum etdiyini açıqlaması və Hörmüz boğazında gərginliyin daha da artması səbəb olub.
“Brent” nefti ötən gün 89,12 dollara qədər bahalaşıb və sessiyanı 88,37 dollardan başa vurub.
Eyni zamanda, oktyabr fyuçersləri üçün Qərbi Texas markalı xam neftin (WTI) bir bareli 90,77 dollardan satılıb.






















































