Menu
Xəbər Lenti
İsrailə gizli səfər etdi
20-10-2026, 08:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 08:02

15 yolda tıxac var - Siyahı

03 Eyl 11:00Manşet / İqtisadiyyat

Neftimiz bu gün də bahalaşdı

neftimiz-bu-gun-de-bahalasdi

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,46% artaraq 101,96 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 97,61 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.