“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu

Bakıda tanışını aldadaraq 8 min manat alan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, polisə müraciət edən Elcan adlı şəxs tanışı Fəridin ona MİDA-nın Hövsan kompleksində güzəştli şərtlərlə ev alacağına söz verərək xeyli pul aldığını bildirib.
Aparılan araşdırmalarla vəsaitin Abşeron rayonu ərazisində verilməsi məlum olub. Faktla bağlı Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılıb.
Bildirilib ki, Fərid taksi sürücüsü olub. O, Bəhram və Elcan adlı tanışlarına atasının MİDA-da briqadir işlədiyini və gördükləri işin qarşılığında onlara evlərin verildiyini yalandan deyib. Bu yolla həmin şəxslərdən xeyli pul alıb.
Lakin sonradan məlum olub ki, Fəridin atası hər hansı tikintidə və ya tikinti şirkətində işləmir. Cinayət işinin başlanmasından sonra Fərid həbs edilib. O, həbsdə olduğu müddətdə Bəhramdan aldığı pulları geri qaytarıb.
Məhkəmədə Fərid Əliyev Elcandan aldığı pulları da geri qaytaracağını bildirib və vaxt istəyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və həbsdən buraxılıb.
Aslan Vəliyev






















































