Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasında mövsümün ilk derbisi Kadıköydə baş tutub.
“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” səfərdə “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edib.
Matçda hesabı 26-cı dəqiqədə “Fənərbaxça”nın müdafiəçisi Milan Skriniar açıb. “Beşiktaş” 37-ci dəqiqədə Rıdvan Yılmazın qolu ilə hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissədə tərəflər arasında gərginlik də yaşanıb. 52-ci dəqiqədə Duşan Vlahoviç və Milan Skriniar mübahisəyə görə sarı vərəqə alıblar.
“Beşiktaş”ın qələbə qolunu Duşan Vlahoviç vurub və klub derbidən qalib ayrılıb.






















































