Xəbər Lenti
Bugün, 09:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Dün, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Faktiki hava açıqlandı

Azərbaycanda saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Daşkəsəndə 4, Kişçay (Şəki), Şirvan, Bərdədə 2, Gədəbəy, Naftalan, Qax, Tərtər, Göygöl, Zərdab, Şəmkir, Goranboy, Şahdağ, Ağdamda 1 mm-dək qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.




















































