Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
6-09-2026, 10:05

Faktiki hava açıqlandı

08 Eyl 07:44Manşet / Dünya

AfD Almaniyada qadağan edilə bilər

afd-almaniyada-qadagan-edile-biler

Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Almaniyada “Almaniya üçün Alternativ” (AfD Alternative für Deutschland) partiyasının Saksoniya-Anhalt parlamentinə seçkilərdəki tarixi qələbəsindən sonra qadağan edilə biləcəyi barədə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə frasız siyasətçi “X” sosial şəbəkə hesabında paylaşım edib.

F. Filippo Almaniya Kansleri Fridrix Mertsin “konstitusiyanı ultra-sağçı hökumətdən qorumaq üçün hakimiyyətin bütün zəruri alətlərə malik olduğu” barədə bəyanatına kəskin reaksiya verib:

“Merts doğrudanmı AfD partiyasının qadağan edilməsi prosedurunu başlatmağa hazırlaşır?! ... Mertsin bu kontekstdəki bəyanatı çox qəribə səslənir! Belə bir qadağa ölkədə inqilaba səbəb olar!”

Xatırladaq ki, “Almaniya üçün Alternativ” (AfD) Saksoniya-Anhalt vilayətində keçirilən parlament seçkilərində 43,8 faiz səslə böyük qələbə qazanıb. Hökumətdəki Xristian-Demokrat İttifaqı (CDU) isə cəmi 17,2 faiz səs toplaya bilib. AfD-nin həmsədri Alisa Vaidel bu nəticənin Fridrix Mertsin uğursuz siyasətinin birbaşa nəticəsi olduğunu bəyan edib.