Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
İrandan ABŞ-yə xəbərdarlıq
İranın hərbi komandanlığı ABŞ-nin bir sıra region ölkələrinin dəstəyi ilə Tehrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığı barədə məlumatlara malikdir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın dövlət mətbuatı məlumat yayıb.
Bildirilir ki, ABŞ tərəfindən hər hansı hücum bu ölkənin regiondakı bazalarına və obyektlərinə qarşı cavab zərbələrinə səbəb olacaq. Eyni zamanda, İran komandanlığı ABŞ-ni dəstəkləyən region ölkələrinin münaqişənin iştirakçıları kimi nəzərdən keçiriləcəyi barədə xəbərdarlıq edib.
Tehran Hörmüz boğazının bağlı qalacağını, həmçinin ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması, İran aktivlərinin blokdan çıxarılması və dəniz blokadasının aradan qaldırılması ilə bağlı şərtləri qəbul etməyincə danışıqlara gedilməyəcəyini bəyan edib.






















































