Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
“Minlərlə FTB əməkdaşının məlumatları oğurlanıb”

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) sistemlərinə kiberhücum edildiyi və minlərlə hazırkı və keçmiş əməkdaşın, eləcə də, işə müraciət edən şəxslərin məlumatlarının oğurlandığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, “ShinyHunters” haker qrupu FTB sistemlərinə sızdığını və agentliyin əməkdaşları ilə bağlı məlumatlara çıxış əldə etdiyini açıqlayıb.
Qrup paylaşdığı məlumat nümunələri əsasında “demək olar ki, bütün FTB agentləri” haqqında məlumat əldə etdiyini iddia edib.
FTB isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
“Reuters” “ShinyHunters” tərəfindən yayılan FTB əməkdaşlarına aid məlumatların bir hissəsini ictimaiyyətə açıq və daha əvvəl sızdırılmış qeydlərlə müqayisə edib.
Agentliyin məlumatına görə, ən azı doqquz halda adlar və poçt ünvanları müxtəlif mənbələrdəki qeydlərlə uyğun gəlib. Lakin bu uyğunluqlar məlumatların birbaşa FTB sistemlərindən oğurlandığını sübut etmir.
“ShinyHunters” hücumun yalnız FTB əməkdaşları ilə məhdudlaşmadığını, işə müraciət edən şəxslərin məlumatlarının da əldə edildiyini iddia edir.
İddiaların yayıldığı vaxt FTB-nin iş müraciəti saytı və Xüsusi Agent Namizəd Portalında xidmətlərin əlçatan olmadığı barədə bildirişlər görünüb.
“Reuters” həmin saytlardakı fasilələri təsdiqləsə də, onların “ShinyHunters”in iddia etdiyi hücumla əlaqəli olub-olmadığını müəyyənləşdirə bilməyib.






















































